Kürdəmirdə yanğın olub - VİDEO

Kürdəmirdə yanğın olub - <span style="color: red;">VİDEO
# 28 fevral 2015 16:44 (UTC +04:00)

Kürdəmir Zahid Abışov - APA. Kürdəmirdə evdə yanğın baş verib.

APA-nın məlumatına görə, hadisə bu gün şəhərin Bakı prospektində yerləşən 30 saylı Kürdəmir rayon Yol İstismar İdarəsinin balansında olan tikilidə qeydə alınıb.

Rayon sakini Vidadi Bağırova məxsus 60 kv.m-lik 3 otaqlı evin sahəsi 20 kv.m olan 1 otağı yanaraq yararsız hala düşüb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kürdəmir Rayon Yanğından Mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və 12 nəfərlik şəxsi heyəti cəlb olunub.

Yanğınsöndürənlərin səyi nəticəsində evin qalan hissəsi və yaxınlıqdakı tikililərə yanğının keçməsinin qarşısı alınıb. İlkin ehtimala görə, yanğına səbəb evdə istifadə olunan kiçik həcmli qaz balonu olub.

Yanğının baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR