“Elektron hökumət” portalı vasitəsilə ƏƏSMN-nin təqdim etdiyi elektron xidmətlərdən 1,4 mln. dəfə istifadə olunub - FOTO

“Elektron hökumət” portalı vasitəsilə ƏƏSMN-nin təqdim etdiyi elektron xidmətlərdən 1,4 mln. dəfə istifadə olunub - <span style="color: red;">FOTO
# 11 sentyabr 2015 13:19 (UTC +04:00)

Bakı - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) cari ilin avqust ayında da “Elektron hökumət” portalındakı elektron xidmətlərindən ən çox istifadə edilən qurumlardan biri olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bu dövrdə ƏƏSMN-nin “e-hökumət” portalı üzərindən təqdim edilən elektron xidmətlərdən 151 946 dəfə istifadə olunub ki, bu da “e-hökumət” portalı üzrə müxtəlif qurumlar tərəfindən göstərilən bütün e-xidmətlər üzrə ümumi istifadə sayının 12,2%-ini təşkil edir. O cümlədən ötən ay əhali nazirliyin “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidmətindən 91 250 dəfə, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən 36 416 dəfə faydalanıb. “İş yerinə dair arayış” e-xidmətindən isə avqust ayında 21 966 dəfə istifadə qeydə alınıb.

Yenə də hər üç e-xidmət əhalinin ən çox faydalandığı e-xidmətlər sırasındadır.

Cari ilin yanvar-avqust aylarında “E-hökumət” portalı üzərindən göstərilən bütün e-xidmətlərdən ümumi istifadə sayının 16,3%-i, yəni 1 424 110 ədədi ƏƏSMN-nin e-xidmətlərinin payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR