Bakıda yaşayış evində partlayış olub, xəsarət alanlar var

Bakıda yaşayış evində partlayış olub, xəsarət alanlar var
# 02 aprel 2015 10:06 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda yaşayış evində partlayış olub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Xəzər rayonunun Buzovna qəsəbəsində Ofeliya Məmmədovaya məxsus evdə qeydə alınıb. Partlayışa təbii qaz sızması səbəb olub. Nəticədə dağıntı olmasa da, O.Məmmədovanın qonaqları, Xaçmaz rayon sakinləri Ayaz Bəşirov və Ruhəddin Kərimov yanıq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR