Son 1 ildə Azərbaycanda qızıl istehsalı 64% artıb

Son 1 ildə Azərbaycanda qızıl istehsalı 64% artıb
# 14 mart 2015 11:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 336,0 kq qızıl istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin iki ayı ilə müqayisədə 64,4% çoxdur. Nəticədə bu ilin martın ayının 1-nə 60,6 kq hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin yanvar-fevral ayları ərzində ölkədə 12,2 kq gümüş istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 79% azdır. Nəticədə bu ilin martın 1-nə 3,1 kq hazır məhsul ehtiyatı yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR