Bu ilin yanvar-iyul ayları ərzində dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi 4 milyon tonu keçib

Bu ilin yanvar-iyul ayları ərzində dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi 4 milyon tonu keçib
# 14 avqust 2015 14:52 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Bu ilin yanvar-iyul ayı ərzində dəniz nəqliyyatında daşınan yüklərin həcmi 4,1 mln. ton təşkil edib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, yüklərin 70,0%-ni neft yükləri, 30,0%-ni isə quru yüklər təşkil edib və bütün daşımalar xarici əlaqə üzrə həyata keçirilib.

Cari ilin yanvar-iyul aylarında dəniz limanlarında 5,4 mln. ton yükləmə-boşaltma işləri həyata keçirilib.

İşlənən yüklərin 94,9%-ni beynəlxalq tranzit yüklər təşkil edib.

Cari ilin avqust ayının 1-i vəziyyətinə limanlarda göndərilmək üçün 77,2 min ton idxal yüklərin qalığı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR