"Aztelekom" daşınan şəhər telefon xidmətinin təqdimatını keçirib - FOTOSESSİYA

"Aztelekom" daşınan şəhər telefon xidmətinin təqdimatını keçirib - <span style="color: red;">FOTOSESSİYA
# 13 mart 2015 10:21 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Aztelekom” İstehsalat Birliyində (İB) rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun iştirakı ilə “Qlobal Monitorinq Sistemi" və ““585” - Daşınan şəhər telefon xidməti”nin təqdimatları keçirilib.

“Aztelekom” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, “Qlobal Monitorinq Sistemi” şəbəkənin monitorinqi, FO magistral kabel şəbəkəsinin monitorinqi və maşın və mexanizmlərin izlənməsi “yollar” GPS sistemindən ibarətdir.

“Aztelekom” İB-nin yeni xidmətlərindən biri də Bakı şəhər telefon şəbəkəsinin nömrələnmə sisteminə daxil olan boş prefikslərdən istifadə etməklə Bakı nömrələrinin rayonlara daşınması və abunəçilərə paylanılmasıdır.

“585” - Daşınan şəhər telefon xidməti vasitəsilə “585” prefiksli Bakı nömrələrinin rayon telekommunikasiya qovşağı (TKQ) ərazilərinə daşınmaqla istifadəçilər şəbəkə daxilində pulsuz danışmaq imkanı əldə edəcəklər.

Qeyd edək ki, hər bir istifadəçi ayda 15 manat ödəməklə “585” - Daşınan şəhər telefon xidmətindən yararlana bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR