“İnter” Avropa Liqasında II təsnifat mərhələsininə yüksəlib

“İnter” Avropa Liqasında II təsnifat mərhələsininə yüksəlib
# 09 iyul 2015 22:52 (UTC +04:00)

Bakı-APA. Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, qarşılaşmalardan biri də Bakıda keçirilib.

Topaz Premyer Liqasının gümüş mükafatçısı “İnter” öz meydanında Albaniya “Laçi”sini sınağa çəkib.

Ötən həftə səfərdə keçirdiyi qarşılaşmada qollu heç-heçəyə (1:1) nail olan bakılılar əldə etdiyi cüzi üstünlüyü qorumağa nail olublar.

Belə ki, Zaur Svanadzenin yetirmələri qol vurmadan da mərhələ adlaya biliblər. Bu, səfərdə vurulan qol sayəsində mümkün olub.

Ardıcıl 3 mövsüm I təsnifat mərhələsini uğurla keçən “İnter” “Laçi” səddini də adlayaraq, uğurlu seriyasını 4-ə çatdırıb.

Avropa Liqası

I təsnifat mərhələsi

Cavab oyunu

"İnter" (Azərbaycan) - "Laçi" (Albaniya) - 0:0

Hakimlər: Aleksandr Əliyev, Sergey Vassyutin, Samat Terqussizov, Denis İzmaylov (hamısı Qazaxıstan)

Bakı. “İnter Arena” stadionu

İlk oyun – 1:1

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR