“Azəri-Çıraq-Günəşli” yataqlar blokundan I rübdə 8 mln. ton neft hasil olunub

“Azəri-Çıraq-Günəşli” yataqlar blokundan I rübdə 8 mln. ton neft hasil olunub
# 13 may 2015 15:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin birinci rübü ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan ümumi hasilat - “Çıraq” (54 000), “Mərkəzi Azəri” (159 000), “Qərbi Azəri” (129 000), “Şərqi Azəri” (71 000), “Dərinsulu Günəşli” (149 000) və “Qərbi Çıraq” (99 000) platformalarından birlikdə - gündə orta hesabla 661 000 barel və ya ümumilikdə 59 mln. barel, yəni təqribən 8 mln. ton təşkil edib.

“BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, birinci rüb ərzində “Qərbi Çıraq” gündəlik hasilatı yüksəltməyə davam edib və hazırkı 116 000 barel səviyyəsinə çatdırıb.

Rübün sonunda ümumilikdə AÇG-də 84 neft hasilat quyusu və 40 qaz və su injektor quyusu istismarda olub. Bu ilin birinci rübündə AÇG-də dörd neft hasilat quyusu qazılıb.

Bu ilin birinci rübü ərzində AÇG layihəsinə təqribən 160 mln. dollar əməliyyat məsrəfləri və 470 mln. dollar əsaslı məsrəflər xərclənib.

Qeyd edək ki, AÇG-də iştirak payları: BP (operator - 35,8%), SOCAR (11,6%), “Chevron” (11,3%), “İnpex” (11%), “Statoyl” (8,6%), “ExxonMobile” (8%), TPAO (6,8%), “İtochu” (4,3%), ONGC Videş Limited (OVL) (2,7%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR