Nuşirəvan Məhərrəmli: “Qanunsuz kabel yayımı ilə məşğul olanlara qarşı ciddi tədbirlər görüləcək”

Nuşirəvan Məhərrəmli: “Qanunsuz kabel yayımı ilə məşğul olanlara qarşı ciddi tədbirlər görüləcək”
# 08 iyun 2015 15:08 (UTC +04:00)

Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. MTRŞ sədri bildirib ki, "Azərbaycanda kabel televiziyası haqqında" qanun layihəsi üzərində iş başa çatdırılıb: “Artıq qanun layihəsini müvafiq qurumlara göndərmişik. Çox təəssüf ki, ölkədə bəzi şirkətlər qanunsuz kabel yayımı ilə məşğul olur. Onlardan artıq bir neçəsinin adı məlumdur. "Citynet", "Alfanet", "Smart TV". və digər qanunsuz kabel yayımı ilə məşğul olanlara qarşı ciddi tədbirlər görüləcək”.

Qeyd edək ki, bu ilin aprel ayında MTRŞ tərəfindən xüsusi razılıq (lisenziya) olmadan qanunsuz şəkildə kabel şəbəkəsi yayım fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər barəsində müvafiq tədbirlər görülməsinə başlanılıb.Şura Sumqayıt şəhərində qanunsuz olaraq kabel şəbəkəsi yayım fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər barəsində müvafiq tədbirlərin görülməsi üçün Sumqayıt şəhər Polis İdarəsinə müraciət ünvanlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR