İmişlidə reyd keçirilib, qaydaları pozan sürücülər cərimələnib

İmişlidə reyd keçirilib, qaydaları pozan sürücülər cərimələnib
# 21 iyul 2015 08:06 (UTC +04:00)

İmişli. Əlibəy Zeynallı-APA. İmişli Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi bölməsi (DYPB) rayon ərazisində reyd keçiriblər.


RPŞ-dən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, reyd zamanı əsasən, yol nişanlarının tələblərinə məhəl qoymayan sürücülər saxlanılıb. Qayda pozan sürücülər haqqında İnzibati Xətalar Məcəlləsinə uyğun protokollar tərtib edilib. Bundan başqa, kustar üsulla hazırlanmış pərdələrdən istifadə edən, həmçinin avtomobilə əlavə avadanlıqlar quraşdıran və avtomobilin konstruksiyasında dəyişiklik edən sürücülər də aşkarlanıb. Avtomobili sürücülük hüququ olmadan idarə edən sürücülər də saxlanılıb. Reyd zamanı 20-yə qədər avtomobil cərimə meydançasına aparılıb. Onların sürücüləri barəsində müvafiq protokollar tərtib edilib.


Reydin əsas məqsədi yollarda təhlükəsizliyin təmin edilməsi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR