Azərbaycanın bəzi yerlərində şimşək çaxacaq, yağış yağacaq - VİDEO

Azərbaycanın bəzi yerlərində şimşək çaxacaq, yağış yağacaq - <span style="color: red;">VİDEO
# 25 iyul 2015 09:54 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Bakı və Abşeron yarımadasında iyulun 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, gündüz mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 21-25, gündüz 30-35 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 25-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyulun 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin axşam və gecə Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Bəzi rayonlarda arabir güclənən şərq küləyi əsəcək

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR