İrandan Azərbaycan tiryək keçirmək istəyən şəxs saxlanılıb

İrandan Azərbaycan tiryək keçirmək istəyən şəxs saxlanılıb
# 14 avqust 2015 13:36 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada yolla gələn Azərbaycan vətəndaşı Elsivən Əliyevin üzərində şəxsi yoxlama zamanı ondan 2 ədəd bükümdə, ümumi xalis çəkisi 13,71 qram olan narkotik vasitə - tiryək aşkar edilib.

Bu barədə “APA-Economics”ə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Faktla bağlı təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR