Azərbaycan prezidenti “Torpaq islahatı haqqında” qanuna dəyişiklik barədə sərəncam imzalayıb

Azərbaycan prezidenti “Torpaq islahatı haqqında” qanuna dəyişiklik barədə sərəncam imzalayıb
# 19 mart 2015 12:35 (UTC +04:00)

APA-nın məlumatına görə, Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və prezidentin aktlarının “Torpaq islahatı haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Torpaq islahatı haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Dəyişikliyə əsasən, “Torpaq islahatı haqqında” qanunun 19-cu maddəsinin ikinci hissəsinin ikinci cümləsinə “torpağın ayrılması” sözlərindən sonra “habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi” sözləri əlavə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR