Ötən il “İpək yolu”nda daşınan yüklərin 50%-i avtomobil yüklərinin payına düşüb

Ötən il “İpək yolu”nda daşınan yüklərin 50%-i avtomobil yüklərinin payına düşüb
# 18 mart 2015 15:33 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2014-cü ildə “İpək yolu” nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 58,2 mln. ton yük, 307,3 mln. nəfər və ya 7,8%-dən çox sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən xəbərə görə, dəhlizdə daşınmış yüklərin 49,8%-i avtomobil, 34,2%-i dəmir yolu, 16%-i dəniz nəqliyyatının payına düşüb, avtomobil nəqliyyatında 5,7% artım qeydə alınıb. Dəhliz vasitəsilə daşınmış yüklərin 21,9%-ni və ya 12,8 mln. tonunu tranzit yüklər təşkil edib.

Yük daşımaları fəaliyyətindən 531 mln. manat, sərnişin daşınmasından isə 120,4 mln. manat gəlir əldə olunub və ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,5% və 13,1% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR