Coğrafiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak edəcək

Coğrafiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak edəcək
# 10 avqust 2015 08:02 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Avqustun 17-dən 21-dək Rusiyanın paytaxtı Moskvada Beynəlxalq Coğrafiya Konqresinin regional konfransı keçiriləcək.

AMEA-dan APA-ya verilən xəbərə görə, tədbirdə AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və institutunun direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə “Xəzər dənizi sahili landşaftların transformasıyası və landşaft planlaşdırılması təcrübəsi”, “Antropogen təsirlər nəticəsində arid landşaftların deqradasiyası” mövzularında məruzələrlə çıxış edəcəklər.

Azərbaycan, Türkiyə, Rusiya, ABŞ, Almaniya, Fransa, Yaponiya, Çin, Böyük Britaniya və dünyanın digər ölkələrindən olan alimlərin qatılacaqları konfransda geniş müzakirələr aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR