Daşkəsəndə 43 yaşlı qadını maşın vurub - VİDEO

Daşkəsəndə 43 yaşlı qadını maşın vurub - <span style="color: red;">VİDEO
# 08 iyul 2015 08:14 (UTC +04:00)

Daşkəsən. Azər Məmmədli - APA. Daşkəsəndə yolu keçmək istəyən qadını maşın vurub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə iyulun 7-də axşam saatlarında rayonun mərkəzində qeydə alınıb.

Rayon sakini, 1972-ci il təvəllüdlü Şəlalə Abbasova yolu keçmək istəyərkən “VAZ 21011” markalı avtomobil tərəfindən vurulub.

Müxtəlif dərəcəli xəsarətlər alan qadın Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR