İlin əvvəlindən Naxçıvan əhalisinə 36 mln. manatdan artıq kredit verilib

İlin əvvəlindən Naxçıvan əhalisinə 36 mln. manatdan artıq kredit verilib
# 23 iyun 2015 07:49 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin iyunun 1-ə Naxçıvan Muxtar Respublikasının bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 36 252,1 min manat məbləğində kreditlər verilib.

Naxçıvan Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 55,2% çoxdur.

Hesabat dövründə banklarında açılmış bank hesablarının sayı 43 745-ə çatıb ki, bunun 40 154-ü və ya 91,8%-i aktiv hesablardır.

2015-ci ilin yanvar-may aylarında açılmış 5 493 bank hesabı aktiv hesablar olub.

Hesabat dövründə muxtar respublikada 116 POS-terminal quraşdırılıb və bu göstərici iyunun 1-ə 983-ə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR