Pakistanda məktəbə hücum edərək 150 nəfəri qətlə yetirən terrorçular edam ediləcək

Pakistanda məktəbə hücum edərək 150 nəfəri qətlə yetirən terrorçular edam ediləcək
# 13 avqust 2015 20:32 (UTC +04:00)

Bakı-APA. Pakistanda hərbi məhkəmə Peşəvər şəhərində məktəbə hücum edən 6 terrorçunu ölüm cəzasına məhkum edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 2014-cü ilin dekabrın 16-da Peşəvər şəhərindəki məktəbə edilən hücum nəticəsində 130-dan çoxunun məktəbli olmaqla 150 nəfər ölüb. Hücuma görə məsuliyyəti öz üzərinə “Taliban” qruplaşması götürüb.

Məlumata görə, hücumda iştirakı sübuta yetirilmiş 7-ci terrorçu ömürlük həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, insidentdən sonra Pakistan hökuməti terrorla mübarizə üzrə milli planı qəbul edib. Parlament isə hərbi tribunalların yaradılmasına qərar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR