Yol polisi Balakən və Qax rayonlarında reyd keçirib - FOTOSESSİYA - VİDEO

Yol polisi Balakən və Qax rayonlarında reyd keçirib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 27 iyul 2015 08:24 (UTC +04:00)

Balakən-Qax. Vüqar Heydərov-APA. Yollarda baş verən qəzaların qarşısının alınması və yollarda təhlükəsizliyi təmin edilməsi məqsədilə, avtomobilin texniki baxışdan keçirməyən, sürücülük hüququ olmadan avtomobil idarə edən, təhlükəsizlik kəmərindən istifadə etməyən və əlavə avadanlıqlar quraşdıran sürücülərin aşkar edilməsi istiqamətində Balakən və Qax rayonlarının Dövlət Yol Polisi və DİN-nin Baş Dövlət Yol Polisi alayının əməkdaşları Balakən və Qax rayonlarında birgə reydlər keçirib.


APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Balakən rayonunda keçirilən reydlər zamanı 100-dən yuxarı avtomobil saxlanılıb. Reydlər zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən və maşına əlavə avadanlıqlar quraşdıran, sürücülük vəsiqəsi olmadan və içkili vəziyyətdə maşın idarə edən ümumilikdə 70 sürücüyə qarşı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tətbiq edilib, 20 avtomobil dayanacağa aparılıb.

Qax rayonunda, Qax-İlisu avtomobil yolunda keçirilən reydlər zamanı isə yol hərəkəti qaydalarını pozan 40-dan çox sürücüyə barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tətbiq edilib, bunlardan da 10 sürücü sərxoş halda avtomobili idarə etdiyi üçün maşınları dayanacağa aparılıb.


Balakən və Qax rayonlarının DYP-i bölmələrindən APA-ya verilən məlumata görə, rayonlarda bu cür reydlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR