Ölkə çaylarında mövcud vəziyyət açıqlanıb

Ölkə çaylarında mövcud vəziyyət açıqlanıb
# 24 iyul 2015 10:08 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-110, Kiçik Qafqazın çaylarında 30-105, Lənkəran-Astara bölgəsi çaylarında isə 90-115 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, iyulun 24-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunub.

Hazırda məntəqədə su sərfi 53 m3/s olmaqla ongünlük normanın 35 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 82 m3/s olmaqla ongünlük normanın 54 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 11 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 39 m3/s olmaqla, ongünlük normanın 44 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 27 m3/s təşkil edərək ongünlük normanın 31 faizinə bərabər olub.

İyulun 24-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Kür çayının Surra məntəqəsində 9, Bankədə 1, Araz çayının Novruzlu məntəqəsində 17 sm azalma, Şirvanda 8, Salyanda isə 7 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 351 sm (2014-cü il iyulun 24-də 293 sm), Şirvanda 215 sm (2014-cü il iyulun 24-də 134 sm), Salyanda 130 sm (2014-cü il iyulun 24-də 63 sm), Bankədə 178 sm (2014-cü il iyulun 24-də 193 sm), Araz çayının Novruzlu məntəqəsində isə 70 sm (2014-cü il iyulun 24-də 17 sm) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR