Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı PKK-nın ötən gecə törətdiyi terror zamanı şəhid olanların sayını açıqlayıb

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı PKK-nın ötən gecə törətdiyi terror zamanı şəhid olanların sayını açıqlayıb
# 07 sentyabr 2015 16:34 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı PKK terrorçularının ötən gecə Hakkari vilayətində törətdiyi terror hadisəsi zamanı şəhid olanların sayını açıqlayıb.

APA-nın xəbərinə görə, Silahlı Qüvvələrin Baş Qərargahının açıqladığı məlumatda bildirilib ki, hadisə zamanı 16 hərbçi şəhid olub, 6 nəfər isə yaralanıb.

Məlumatda qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələrinin bu hadisədən sonra başladığı əməliyyat hələ də davam edir. PKK terrorçlarının 23 hədəfi 3 ədəd F -4, 4 ədəd F 16 tipli döyüş təyyarəlıəri ilə atəş altında saxlıanılır.

Qeyd edək ki, sentyabrın 6-da axşam İraqla həmsərhəd Hakkari vilayətinin Yüksəkova rayonunun Dağlıca kəndi ərazisində Türkiyə Silahlı Qüvvələrinə məxsus zirehli hərbi texnikanın hərəkəti zamanı yola basdırılmış təxminən 400 kq C-4 tipli partlayıcı maddə terrorçular tərəfindən partladılıb. İlkin məlumatda hadisə nəticəsində 15-dən çox əsgər və zabitin həlak olduğu açıqlanıb. Hadisədən sonra Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr PKK mövqelərini bombalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR