Ramil Usubov Pakistan səfiri ilə görüşüb

Ramil Usubov Pakistan səfiri ilə görüşüb
# 03 dekabr 2014 15:14 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Xalid Usman Qayserini qəbul edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qonağı salamlayan nazir iki ölkə arasında əlaqələrin zəngin tarixə və dərin köklərə malik olduğunu, dövlət başçılarının siyasi iradəsi nəticəsində son illər bütün sahələrdə inkişaf və tərəqqinin müşahidə olunduğunu bildirib. O, səfirə DİN-in funksiyaları və fəaliyyət istiqamətləri, ölkədə mövcud kriminogen durum barədə qısa məlumat verib, həyata keçirilən islahatlar, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasının önə çəkildiyi yeni qanunların qəbulundan danışıb. Transmilli mütəşəkkil cinayətkarlığın ayrı-ayrı təzahürlərinə, o cümlədən beynəlxalq terrorçuluğa, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə səylərin birləşdirilməsinin vacibliyi, bu növ cinayətlərlə mübarizədə Pakistan dövlətinin zəngin təcrübəyə malik olduğu, təcrübə mübadiləsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Səmimi qəbula, ətraflı məlumata görə təşəkkür edən səfir Xalid Usman Qayseri burada fəaliyyət göstərdiyi qısa zaman kəsiyində Azərbaycanda mövcud olan əmin-amanlıqdan, təhlükəssiz şəraitdən razılığını ifadə edərək əməkdaşlığın bütün sahələrdə daha da inkişafına öz töhfəsini verəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR