Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 14% artıb

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 14% artıb
# 18 avqust 2014 08:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 868 065,36 min. manat təşkil edib.

APA-Economics”in DGK-ya istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,6% çoxdur.

Hesabat dövründə gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 234 476,14 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 591 803,84 min manat, aksizlər üzrə 32 460,85 min manat, yol vergisi üzrə isə 9 324,53 min. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR