Azərbaycan vətəndaşlarına vəzifəli şəxslərin qəbuluna onlayn yazılmaq imkanı yaradılır

Azərbaycan vətəndaşlarına vəzifəli şəxslərin qəbuluna onlayn yazılmaq imkanı yaradılır
# 08 avqust 2014 13:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Elektron hökumət” portalında yeni xidmət növləri və funksiyalar yaradılır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hazırda qurumun Məlumat Hesablama Mərkəzi portalda rəsmi yazışmalar, dövlət qurumlarının vəzifəli şəxslərinin qəbuluna onlayn yazılmaq, şikayət və ərizələrin göndərilməsi və izlənilməsi, şəxsi kabinet kimi və s. yeni xidmət növləri və funksiyalar yaratmağı nəzərdə tutur.

Qeyd edək ki, görülən işlər və dövlət qurumlarının informasiya ehtiyatlarının portala inteqrasiyası başa çatdıqdan sonra göstərilən e-xidmətlərin elektronlaşma səviyyəsi, çeşidi və keyfiyyəti daha da yüksələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR