Fələstin Haaqa Beynəlxalq Cinayət məhkəməsində İsrailə qarşı iddia qaldıracaq

Fələstin Haaqa Beynəlxalq Cinayət məhkəməsində İsrailə qarşı iddia qaldıracaq
# 30 iyul 2014 22:56 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb. Məlumata görə, iddianın qaldırılması üçün tələb olunan bütün sənədlər artıq Fələstinin ədliyyə naziri tərəfindən hazırlanıb. Məsələnin təfərrüatları hələlik açıqlanmır.

Qeyd edək ki, ötən gün Misir İsraili Qəzza zolağında dinc əhaliyə qarşı həddindən artıq güc tətbiqinə görə sərt tənqid edib.

Xatırladaq ki, yalnız ötən gün ərzində Qəzzaya endirilən zərbələr nəticəsində 100-dək fələstinli ölüb. İsrailin 22 gündür davam edən əməliyyatı zamanı, ümumilikdə, 1 318 fələstinli həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR