“NAR Mobile” “Asan imza”nın tətbiqini genişləndirir

“NAR Mobile” “Asan imza”nın tətbiqini genişləndirir
# 10 sentyabr 2014 12:03 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economisc. “Azərfon” şirkəti (“Nar Mobile” ticarət nişanı) “Asan imza” mobil elektron imza xidməti göstərən mağazalarının sayını artırıb.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, artıq Bakı şəhərindəki bütün “Nar dünyası” mağazalarında, eləcə də Sumqayıtdakı hər iki mağazada “Asan imza” xidmətindən yararlana biləcəklər.

Bundan başqa, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Mirəli Qaşqay küçəsi 56 ünvanda yerləşən “195” Çağrı Mərkəzində, eləcə də Bakı şəhəri Sabunçu rayonunda fəaliyyət göstərən “Asan xidmət-4” mərkəzində də “Asan imza” xidmətindən yararlanmaq mümkün olacaq.

Qeyd edək ki, “Asan imza” elektron xidmətlərdə avtorizasiya və elektron sənədlərin imzalanması baxımından rahat, etibarlı və təhlükəsiz bir alətdir. “Asan imza” mobil elektron imza texnologiyasının açar üstünlükləri smart-kartın oxunması üçün əlavə qurğuların və proqram təminatının istifadəsinə ehtiyacın olmamasıdır. Xidmətin istifadəsi üçün autentifikasiya və elektron imza rəqəmsal açarlarının saxlanıldığı SIM-karta əsaslanan mobil telefonun mövcudluğu kifayətdir.

Əlavə məlumatı www.narmobile.az və www.asanimza.az saytlarında əldə etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR