Bakı. Musa Əhmədov – APA-Economics. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti dəyişməyərək 1 barelə görə 97,88 dollar təşkil edib.
“APA-Economics”in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1,18 dollar ucuzlaşaraq 104,84 dollar olub.