ADİU tələbələri uşaq evini ziyarət ediblər - FOTO

ADİU tələbələri uşaq evini ziyarət ediblər - <span style="color: red;">FOTO
# 08 oktyabr 2014 08:44 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) bir qrup müəllimi və fəal tələbələri Qurban Bayramı münasibətilə Quba şəhərindəki yetim və valideyn himayəsindən məhrum olunmuş uşaqlar üçün internat məktəbini ziyarət ediblər.

ADİU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müəllimlər uşaqlara ADİU haqqında ətraflı məlumat veriblər. Tələbələr isə seçdikləri ixtisas, onun gələcək perspektivləri barədə uşaqlarla fikirlərini bölüşüblər. Uşaqlar müəllim və tələbələrə İqtisad Universiteti haqda onları maraqlandıran sualları ünvanlayıblar.

Sonra müəllim və tələbələr uşaqlarla bir yerdə müxtəlif intellektual və əyləncəli oyunlar keçiriblər. Sonda tələbələr uşaqlara oyuncaqlar, ərzaq, şirniyyat məhsulları və gigiyenik vasitələrdən ibarət bayram sovqatı təqdim ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR