"Gələrsən, görərsən" adlı televiziya layihəsi hazırlanıb

"Gələrsən, görərsən" adlı televiziya layihəsi hazırlanıb
# 04 avqust 2014 17:02 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi və dəstəyi ilə Qəbələ rayonuna həsr olunan "Gələrsən, görərsən" adlı televiziya layihəsi hazırlanıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, Qəbələ haqqında lentə alınan tanışlıq filmi layihənin ilk buraxılışıdır.

Televiziya layihəsində Qəbələnin mədəniyyət mərkəzləri, turizm obyektləri, coğrafi mövqeyi, maddi-mədəniyyət abidələri haqqında ətraflı məlumat verilir.

30 dəqiqəlik “Gələrsən, görərsən” televiziya buraxılışının ssenari müəllifi Aynur Talıbova, rejissoru Ülviyyə Könül, operatorları Samir Həsənov və Kamal Məmmədov, bəstəkarı Aytən İsmixanovadır.

Layihənin növbəti buraxılışı Şəkiyə həsr olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR