"Xəlvətdə qalmış müdrik" sənədli filminin təqdimatı keçirilib

"Xəlvətdə qalmış müdrik" sənədli filminin təqdimatı keçirilib
# 15 oktyabr 2014 07:56 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Oktyabrın 14-də Nizami Kino Mərkəzində dövlət sifarişi ilə lentə alınan "Xəlvətdə qalmış müdrik" sənədli filminin təqdimatı keçirilib. APA-nın məlumatına görə, sufi filosofu, Xəlvətilik təriqətinin yaradıcılarından biri Seyid Yəhya Bakuviyə həsr olunmuş filmin rejissoru Adil Azay, ssenari müəllifi Orxan Fikrətoğlu, operatoru Rüfət Süleymanov, dekor və geyim üzrə rəssamı Şahin Həsənli, Tural Bakuvi, məsləhətçisi Zöhrə Əliyeva, redaktoru Elşad Ərşadoğlu, icraçı prodüseri Abdulnəsir Kutiyev, prodüseri Cavid İmamverdiyevdir.

Filmdə Novruz Cəfərov, Mirzə Ağabəyli, Kamran Yunis, Namiq Ağayev və başqa aktyorlar çəkiliblər. Çəkilişləri Bakı, Şamaxı, İsmayıllı, Quba və digər yerlərdə aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR