NATO-nun baş katibi Ukraynaya səfər edəcək

NATO-nun baş katibi Ukraynaya səfər edəcək
# 06 avqust 2014 12:33 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Ukraynanın NATO-dakı səfiri İqor Dolqov açıqlama verib.

“NATO baş katibinin avqustun 7-də Kiyevə planlaşdırılan səfəri sentyabrda Uelsdə baş tutacaq zirvə toplantısına hazırlıq üçün məhsuldar və əhəmiyyətli olacaq. Rasmussenin Ukrayna liderləri ilə görüşləri gözlənilir Bu görüşlərdə sentyabra planlaşdırılan sammitlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin baş katib Ukraynadakı mövcud vəziyyətlə tanış olacaq, ölkənin NATO ilə əməkdaşlıq prespektivləri ilə bağlı imkanları öyrənəcək”, - deyə İ. Dolqov bildirib.

Səfirin sözlərinə görə, baş katibin Ukrayna səfəri bir neçə saat davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR