Ötən ay Bakının torpaq bazarında yaranan aktivlik qiymət artımına səbəb olub - TƏHLİL

Ötən ay Bakının torpaq bazarında yaranan aktivlik qiymət artımına səbəb olub - <span style="color: red;">TƏHLİL
# 01 sentyabr 2014 07:44 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin iyul ayında yay fəslinin sonlarına yaxınlaşdıqca torpaq bazarında təklif portfeli azalaraq 426 ədəd təşkil edib ki, buna da səbəb torpaq bazarında aktivliyin artması olub, Bu da öz növbəsində qiymətin nisbətən artmasına gətirib çıxarıb.

APA-Economics”in məlumatına görə, "MBA Consulting Group" şirkətinin mütəxəssisləri tərəfindən Bakıda torpaq bazarında aparılan müşahidələrin nəticəsi göstərir ki, torpaq sahələrinin satış müddəti (ekspozisiyası) ötən aya nisbətən 1,4% azalıb. İyul ayı ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 1,8% azalaraq 18 488 dollar/sot səviyyəsindən 18 820 dollar/sot səviyyəsində qərarlaşıb.

Ötən ay Bakı şəhərinin əksər rayonları üzrə qiymət artması müşahidə olunmasına baxmayaraq Suraxanı, Xətai, Xəzər və Yasamal rayonlarında qiymət azalması müşahidə olunub. Qeyd edək ki, əvvəlki iyun ayında Sabunçu rayonunda qiymət azalması qeydə alınmışdırsa, iyul ayında bu rayonda torpaq qiymətində 8,55% artam müşahidə edilib. Ümumilikdə qiymət artması daha çox mərkəzdən kənar rayonlarda, o cümlədən Abşeron və Sabunçu rayonlarında qeydə alınıb. Hazırda torpaq bazarında ən aktiv rayonlar Binəqədi, Sabunçu və Abşeron rayonları, ən passiv rayon isə Nəsimi və Səbail rayonlarıdır.

İyul ayında torpaq bazarında aktivlik şəhərin IV zonada artıb. Qiymətlərin və torpağa olan tələbin artmasına baxmayaraq, təklif portfelinin həcmində son ayda azalma müşahidə olunub. Təklifin strukturu aktivliyin həcmindən asılı olaraq zonalar üzrə müxtəlif olub.

Zonalar üzrə qiymətlər aktivliyə uyğun olaraq müxtəlif templə dəyişib, mövsümi aylar olduğundan, əvvəlki aylarda da olduğu kimi torpaq sahələrində qeyd edilən qiymət artımı iyul ayında da artmaqda davam edib. Alqı-satqı əqdlərinin böyük hissəsinin IV zonada baş tutduğundan bu zonada qiymətlərin artım tempi daha çox müşahidə edilib. Digər üç zonada isə qiymətlər nisbətən azalıb.


Zonalar

iyun 2014, $/sot

iyul 2014, $/sot

Orta qiymət dəyişməsi, %

I zona

264352

252347

-4,54

II zona

165337

158321

-4,24

III zona

41235

36793

-10,77

IV zona

6248

8032

28,55

Hesabat ayında qiymətlərin artması nisbətən yalnız IV zonada qeydə alınıb. Ümumilikdə bu son ayda torpaq bazarında aparılan araşdırmalar onu göstərir ki, qiymətlərdə tədricən stabilləşmə prosesi getməkdədir. Ümumilikdə torpaq bazarında qiymətlərin nisbətən artması strukturun dəyişmə səbəbinə baş verir. Yəni bazarda qiymətlərin artıb azalması təklif portfelində olan bəzi bahalı və ya ucuz torpaqların hesabına baş verir. Son 3 ayda davamlı olaraq qiymətin ardıcıl olaraq azalması, iyul ayında isə qiymətin artması bazarda aktivliyin stabilləşmə meyilliyi ilə əlaqələndirmək olar. Digər sözlə, qiymətlərin ötən aya nisbətən artmasına səbəb ötən aylardakı torpaq sahələrində qeyd edilən qiymət azalmasının stabilləşməsini və təklif portfelində ucuz torpaq sahələrinin payının azalmasını göstərmək olar.

Torpaq bazarında az sayda azalan təklif portfeli, mövsümü ayın olması ilə yanaşı həm də, alqı-satqı əqdlərinin sayında qeyd olunan artımla bağlı olub. Ekspozisiya müddətinin azalması isə əvvəldən də gözlənilən idi.

Ay ərzində torpaq bazarına təklif olunan ümumi 426 ədəd torpaq sahəsinin 84,7%-i boş sahə, qalanı isə qeyri-yaşayış sahələri və köhnə yaşayış sahələri təşkil edib. Yeni tikililərin salındığı torpaq sahələrinin 26,7%-i köhnə yararsız evlərin sökülməsi, 6,0%-i keçmiş sənaye və məişət obyektlərinin yerləşdiyi torpaqlarda, qalan hissəsi isə yeni torpaqların alınması hesabına aparılıb. Təklif portfelində torpaq sahələrinin orta sahəsi 57% azalaraq 11,6 sot/sahə təşkil edib. Ay ərzində torpaq bazarında təklif portfelinin həcminin azalması, şəhərin bütün zonalarında müşahidə edilib. Bazarda təklifin azalması, satışın həcminin artımı və boş torpaq sahələrinin azalması ilə bağlı olub.

İyul ayı ərzində Bakı şəhəri torpaq bazarında orta qiymətlər yuxarıda qeyd edildiyi kimi nisbətən artma ilə yadda qalıb. Qiymət indeksi ay ərzində 1,79% artaraq 9,42 səviyyəsində qərarlaşıb. 1 sot torpağın orta qiyməti də uyğun olaraq artaraq 18 820 dollar/sota çatıb.

Tələb müxtəlif templə də olsa, IV zonada yerləşən əksər rayonlarda artım ilə seçilib və nəticədə fərdi tikintinin artması bazarda təklifin sayına da öz təsirini göstərib. Ümumən təklifin qıtlığı şəhərin mərkəzi ərazisində davam edir. Bu vəziyyət isə şəhərin mərkəzində boş torpaq sahələrinin azalması və söküntü işlərinin həcminin artması ilə izah olunur.

Ay ərzində bazara təklif edilən ən bahalı torpaq sahəsi Nərimanov rayonunda, Gənclik m/st yaxınlığında (200 000 $/sot), ən ucuz torpaq sahəsi isə Abşeron rayonunda, Digah qəsəbəsində (450 $/sot) qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR