Makedoniyalı futbolçu “Xəzər Lənkəran” klubundan ayrılıb

Makedoniyalı futbolçu “Xəzər Lənkəran” klubundan ayrılıb
# 11 dekabr 2014 14:55 (UTC +04:00)

Bakı – APA. Topaz Premyer Liqasının XVI turunda “Bakı”nın qonağı olacaq “Xəzər Lənkəran” hazırlıqlarını Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında davam etdirir. Apasport.az saytının məlumatına görə, zədəli futbolçularla yanaşı, makedoniyalı yarımmüdafiəçi Deyan Blajevski də məşqlərdə iştirak etmir.

Blajevski, ümumiyyətlə Azərbaycanda deyil. Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu əməkdaşımızla söhbətində bildirib ki, 29 yaşlı oyunçu ailəsində problem olduğundan ölkəsinə yollanıb. Onun “Bakı” ilə matça qədər düşərgəyə qayıdacağı gözlənilir.

Cəbrayıloğlu klubun maliyyə problemləri olduğu və futbolçuların maaşlarını gecikdirdiyi ilə bağlı yayılan məlumatları isə təkzib edib: “Belə bir şey yoxdu. “Qəbələ” ilə oyundan öncə bütün futbolçuların maaşları ödənilib”.

Qeyd edək ki, “Bakı” – “Xəzər Lənkəran” oyunu dekabrın 14-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR