Bakı-Nyu-York aviareysinin aviabiletləri satışa çıxarılıb

Bakı-Nyu-York aviareysinin aviabiletləri satışa çıxarılıb
# 04 avqust 2014 11:56 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu il sentyabrın 24-dən Bakıdan Nyu-Yorka müntəzəm reyslərin yerinə yetirilməsi ilə əlaqədar avqustun 1-dən həmin istiqamətdə aviabiletlərin satışına başlanıb.

“Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) “APA-Economics”ə daxil olan məlumata görə, Nyu-York şəhərinin Kennedi hava limanına reyslər hər həftə çərşənbə və şənbə günləri yerinə yetiriləcək.

Bakıdan uçuş yerli vaxtla saat 06:00-da, Nyu-Yorkda enmə isə yerli vaxtla saat 09:30-da nəzərdə tutulub.

Əks-istiqamətdə uçuşlar həftənin eyni günlərində saat 11:30-da həyata keçiriləcək, Bakıda enmə isə növbəti gün saat 08:00-da baş tutacaq.

Reyslər uzaqməsafəli istiqamətlərdə uçuşlar üçün nəzərdə tutulmuş “Airbus-A 340” tipli hava gəmilərində yerinə yetiriləcək.

AZAL həm birbaşa Nyu-York reyslərinin sərnişinləri, həm də Bakıdan transfer məntəqəsi kimi istifadə edərək uçuşu davam edən sərnişinlər üçün eyni dərəcədə rahat uçuş cədvəli yaratmağa çalışıb. Tiflis, Aktau, Tehran, Bişkek istiqamətlərində səyahətçilər üçün bu reyslər maksimal rahat olacaq. Qeyd edilən bütün istiqamətlərdə rahat ikitərəfli calanma təmin edilib.

Bakıda sərnişinlərə bir müddət əvvəl açılan yeni aerovağzal terminalında xidmət göstəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR