Gürcüstanın polis və Türkiyənin Milli Polis akademiyaları arasında Memorandum imzalanıb - FOTO

Gürcüstanın polis və Türkiyənin Milli Polis akademiyaları arasında Memorandum imzalanıb - <span style="color: red;">FOTO
# 07 noyabr 2014 17:46 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan daxili işlər nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib.

Memorandum polis təhsili sahəsində hər iki tədris müəssisəsinin arasında ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi və təcrübə mübadiləsi aparılmasına yönəldilib. Memorandumu Türkiyənin Milli Polis Akademiyasının vitse-prezidenti Fatih İnal və Gürcüstan Polis Akademiyasının rektoru Nukri Qelaşvili imzalayıb. Mərasimdən sonra qonaqlar akademiyanın infrastrukturu ilə tanış olublar.

İmzalanan sənədə əsasən, tərəflər ümumi maarifləndirici layihələr, tanışlıq xarakteri daşıyan səfərlər, təhsil və informasiya mübadiləsi metodları, polis əməkdaşlığı sahəsində elmi araşdırmaların aparılması planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR