Andorrada “dondurulmuş” münaqişələrin həlli üçün yeni metodların tapılması müzakirə ediləcək

Andorrada “dondurulmuş” münaqişələrin həlli üçün yeni metodların tapılması müzakirə ediləcək
# 29 avqust 2014 08:33 (UTC +04:00)

Bakı.Mübariz Aslanov - APA. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşəbbüsü ilə sentyabrın 4-7-də Andorrada "Avropada etimadın bərpa olunması" mövzusunda toplantı - Ali Dərəcəli Təşəbbüs reallaşdırılacaq.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun Ali Dərəcəli Təşəbbüsünün əsas məqsədi Avropada və ona qonşu olan daha geniş coğrafiyada təhlükəsizlik mühitinin gücləndirilməsi, xüsusilə də “dondurulmuş” münqaişələrin həlli üçün yeni metodların tapılmasıdır. Təşəbbüs müəllifləri hesab edir ki, mövcud nizamlama normativlərinin yararsızlığı artıq özünü bütün dünyada göstərməkdədir.

Toplantının işində Latviya, Finlandiya, Albaniya, Serbiya, Xorvatiya, Bolqarıstan, Rumıniya, Türkiyyə, Ukrayna, Gürcüstan, Misir, Liviya, Andorra kimi ölkələrin rəhbərlərinin iştirakı planlaşdırılıb. Toplantı ilə bağlı Andorrada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri və Andorranın sabiq baş naziri Oskar Ribas arasında işci görüş keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR