Bu il Azərbaycanda 100 mindən çox yeni iş yerləri açılıb

Bu il Azərbaycanda 100 mindən çox yeni iş yerləri açılıb
# 17 noyabr 2014 08:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin 9 ayı ərzində ölkədə 100 056 yeni, o cümlədən 82 177 daimi iş yerləri açılıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, “Regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş ikinci Dövlət Proqramı”nın icrasını əhatə edən 01 yanvar 2009-cu ildən və 01 sentyabr 2014-cü il tarixinə qədər olan dövr ərzində isə cəmi 470 959 olmaqla 358 243 daimi iş yerləri yaradılıb. Bu ilin yanvar-sentyabr aylarında açılmış daimi iş yerlərinin 12,5%-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 10,6%-i mövcud müəssisə və təşkilatlarda, 0,7%-i fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 76,2%-i isə fiziki şəxslər tərəfindən yaradılıb.

Yeni iş yerlərinin 70,6%-i regionların, o cümlədən 20,2%-i Aran, 13,5%-i Gəncə-Qazax, 2,7%-i Naxçıvan, 7,1%-i Lənkəran, 5,5%-i Şəki-Zaqatala, 5,0%-i Quba-Xaçmaz, 2,7%-i Yuxarı Qarabağ, 9,0%-i Abşeron, 4,2%-i Dağlıq Şirvan, 0,7%-i isə Kəlbəcər-Laçın iqtisadi rayonunun payına düşüb.

Yanvar-sentyabr ayları ərzində 82,6%-i özəl sektorda açılmış yeni iş yerlərindən daimi iş yerləri tam olaraq qeyri-neft sektorunda, o cümlədən 5,8%-i tikinti, 2,2%-i emal sənayesi, 2,6%-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 1,6%-i nəqliyyat və anbar təsərrüfatının, 0,9%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 0,8%-i təhsil, 0,5%-i informasiya və rabitə, 0,5%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 0,6%-i peşə, elmi və texniki fəaliyyət, 0,6%-i maliyyə və sığorta fəaliyyəti, 0,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, eləcə də digər fəaliyyət sahələri üzrə ixtisaslaşan müəssisə və təşkilatlarda yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR