Suriyanın Kobani şəhərinin mərkəzi kürd silahlılarının nəzarətinə keçib

Suriyanın Kobani şəhərinin mərkəzi kürd silahlılarının nəzarətinə keçib
# 19 noyabr 2014 02:36 (UTC +04:00)

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Suriyanın “SANA” informasiya agentliyi məlumat yayıb.

“Kürd qüvvələri şəhərin mərkəzində hərbi əməliyyat keçirib, nəticədə 13 terrorçu öldürülüb, 6 bina azad olunub”, deyə “SANA”-nın internet səhifəsində bildirilir.

Agentliyin məlumatına görə, döyüşlər zamanı kürd silahlıları şəhərin mərkəzində silah-sursat anbarı ələ keçirib. Anbarda çoxlu sayda qumbaraatan, snayper tüfəngləri, iriçaplı pulemyotlar və patronlar olub.

Kürd silahlıları, ümumilikdə, ötən gün şəhərin müxtəlif hissələrində 30-dan çox İŞİD terrorçularını məhv edib. İŞİD qruplaşmasının çoxlu sayda silahlılarının cəmləşdiyi şəhərin cənub və cənub-şərq hissələrində vəziyyət gərgin olaraq qalmaqdadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR