Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 10 Oktyabr - VİDEO

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 10 Oktyabr - <span style="color: red;">VİDEO
# 10 oktyabr 2014 17:10 (UTC +04:00)

Bakı-APA. Böyük Ortadoğu layihəsinin Yaxın Şərqdə kök atmış rejimlərin daxili iğtişaşlar, silahlı üsyanlar, vətəndaş müharibələri yolu ilə dəyişdirilməsi mərhələsi başa çatıb. Həm də uğursuzluqla. Bu layihə bölgədə idarəolunan xaos yaratmağı planlaşdırsa da, artıq Suriya və İraqda xaos idarə olunmaz həddə çatıb və nəzarətdən çıxıb. İŞİD-in qəfil doğuşunun səbəbi də məhz budur. Əgər Böyük Ortadoğu layihəsinin müəllifləri xaosları idarə olunan səviyyədə saxlaya bilsəydi, dünya birliyi İŞİD adlı bir təhlükə ilə heç zaman üzləşməzdi. Amma gerçəklik ortadadır, şahmat taxtasında nəzərdə tutulmayan fiqur meydana çıxıb və bütün oyunları pozub. Oyunları pozan ikinci bir fiqur Türkiyədir, çünki layihəni sonadək həyata keçirmək, Yaxın Şərqdə sərhədləri yenidən cızmaq Türkiyədən, daha doğrusu Türkiyənin Suriya və İraqdakı proseslərə hərbi müdaxiləsindən asılıdır. Ankaranın bölgəyə genişmiqyaslı hərbi müdaxiləsi strateji planda İŞİD faktorunu aradan qaldıra, Türkiyəni isə çıxılmaz bataqlığa soxa bilər. Bu səbəbdən Kobaninin İŞİD-in nəzarətinə keçməsindən sonra Türkiyədə kütləvi iğtişaşların başlamasında təəccüblü heç nə yoxdur. Yaxın Şərqdə baş verənlər göstərdi ki, əslində Böyük Ortadoğu layihəsində boşluqlar kifayət qədərdir və layihənin iflas ehtimalı daha yüksəkdir. Türkiyənin daxili təzyiqlərə müqavimət göstərərək hərbi müdaxilə ssenarisindən sonadək imtina etməsi fövqəlgüclərin bu layihəsinin çıxılmaz dalana soxa bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR