Azərbaycan prezidenti Kamboca kralını təbrik edib

Azərbaycan prezidenti Kamboca kralını təbrik edib
# 08 noyabr 2014 15:10 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Kamboca kralı Norodom Sihamonini ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Kamboca Krallığının milli bayramı – Müstəqillik günü münasibətilə sizi və sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün birgə səylərimizi davam etdirəcəyik. Bu əlamətdar gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kamboca xalqına sülh və rifah arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR