“Kapital Bank” təhsil işçiləri üçün kredit kampaniyası keçirir

“Kapital Bank” təhsil işçiləri üçün kredit kampaniyası keçirir
# 11 sentyabr 2014 09:41 (UTC +04:00)

Bakı - APA-Economics. “Kapital Bank” 5 Oktyabr - Müəllimlər Günü ərəfəsində təhsil işçiləri üçün yeni kampaniyaya start verib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, təhsil sahəsində çalışan və bankın maaş, yaxud pensiya kartlarına sahib olan şəxslər “Təhsil işçiləri üçün Əla kredit kampaniyası” çərçivəsində nağd pul kreditlərini bankdan indi 5% endirimlə ala bilərlər.

Kampaniya cari ilin sentyabrın 10-dan oktyabrın 10-a qədər davam edəcək. Nağd pul kreditini bankın bütün filiallarından almaq olar.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 89 filialı və 8 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Müştəri Xidmətinə və Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR