Hindistanda silahlılar və hərbçilər arasında atışma nəticəsində 10 nəfər ölüb

Hindistanda silahlılar və hərbçilər arasında atışma nəticəsində 10 nəfər ölüb
# 28 noyabr 2014 01:22 (UTC +04:00)

Bakı-APA. Hindistanın Kəşmir əyalətində silahlılar və hərbçilər arasında baş vermiş atışma nəticəsində 10 nəfər ölüb, onlardan dördü dinc sakinlərdir. APA-nın “Assoşieyted Press”-ə istinadən verdiyi xəbərə görə, Arniya rayonunda başlayan atışma 9 saat davam edib, yaxınlıqdakı kəndin əhalisi təxliyə edilib.

Qeyd edək ki, sentyabrın sonunda və oktyabrda Hindistan-Pakistan sərhədində yerləşən Arniya rayonunda baş vermiş atışma nəticəsində 20 nəfər ölüb, 100 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR