Bakı – APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Polşanın ölkəmizdəki səfiri Mixal Labendanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
APA – nın məlumatına görə, E. Məmmədyarov M. Labendaya gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycanla Polşa arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.