Azərbaycanda təbii qaz hasilatı 5% artıb, xam neft hasilatı 2% azalıb

Azərbaycanda təbii qaz hasilatı 5% artıb, xam neft hasilatı 2% azalıb
# 17 noyabr 2014 10:04 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda sənayenin mədənçıxarma bölməsində istehsalın həcmi 19,8 mlrd. manat olmaqla əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən 1,3% az olub.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin 10 ayında Azərbaycanda 35 746,7 min ton xam neft (qaz kondensatı daxil olmaqla) istehsal olunub. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 1,8% azdır. Nəticədə bu ilin noyabrın 1-nə 238,8 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bunun 35 611,8 min tonu əmtəəlik xam neftdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,4% azdır.

Bu ilin yanvar-oktyabr aylarında ölkədə 25 224,0 mln kubmetr təbii qaz istehsal olunub. Bu, ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 5,1% çoxdur. Nəticədə noyabrın 1-i vəziyyətinə 265,2 mln. kubmetr təbii qaz hazır məhsul ehtiyatı yaranıb. Bunun da 15 481,2 mln. kubmetr əmtəəlik təbii qazdır ki, bu da ötən ilin 10 ayı ilə müqayisədə 5,9% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR