Bakı Şəhər Prokurorluğu: Ana və qızının intihar etməsi faktı ilə bağlı həbs edilən yoxdur - VİDEO

Bakı Şəhər Prokurorluğu: Ana və qızının intihar etməsi faktı ilə bağlı həbs edilən yoxdur - <span style="color: red;">VİDEO
# 18 avqust 2014 07:52 (UTC +04:00)

Bu barədə APA-ya açıqlamasında Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Günel Məmmədova bildirib.

Onun sözlərinə görə, həmin faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb və hazırda istintaq hərəkətləri davam etdirilir.

G.Məmmədova həmçinin qeyd edib ki, bəzi KİV-də həmin hadisə ilə bağlı ailə başçısı Asəf Fərzəliyevin həbs edilməsi barədə yayılan məlumatlar isə həqiqəti əks etdirmir.

Qeyd edək ki, bir neçə gün əvvəl Yeni Yasamal 2, ev 10 ünvanında 1968-ci il təvəllüdlü Kifayət Vəli qızı Abbasova və onun qızı, 1997-ci il təvəllüdlü Aytac Asəf qızı Fərzəliyeva özlərini yaşadıqları binanın 9-cu mərtəbəsindən ataraq intihar ediblər. İki üzvü intihar edən ailənin bir neçə gün əvvəl 14 yaşlı qızları itkin düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR