Azərbaycanda yük və sərnişin vaqonlarının istehsalı ilə məşğul olan zavod tikiləcək

Azərbaycanda yük və sərnişin vaqonlarının istehsalı ilə məşğul olan zavod tikiləcək
# 13 oktyabr 2014 07:45 (UTC +04:00)

Bununla bağlı artıq bütün hazırlıq işləri görülüb.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Arif Əsgərov bildirib.

O, deyib ki, müəssisənin tikintisinin 1 il 6 ay müddətində başa çatdırılması nəzərdə tutulub.

“İlkin mərhələdə zavodun illik istehsal gücü 50 sərnişin vaqonu olacaq. Tikiləcək zavodun məhsulları həmçinin qonşu dövlətlər, xüsusilə İran, Orta Asiya ölkələrinə də satılacaq”, - deyə A. Əsgərov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR