Moskvada kafedə baş verən atışmada 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Moskvada kafedə baş verən atışmada 1 nəfər ölüb, 2 nəfər yaralanıb
# 16 dekabr 2014 07:21 (UTC +04:00)

Bakı - APA. Moskvanın cənub-qərbindəki kafelərin birində odlu silahdan istifadə edilməklə dava baş verib.

APA-nın TASS-a istinadən xəbərinə görə, nəticədə 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan biri qarnından, digəri isə çiynindən güllə yarası alıb.

Bildirilir ki, kafeyə gələn iki qrup aralarındakı mübahisəni həll etməyə çalışıb. Mübahisə sonradan əlbəyaxa davaya və silahdan istifadə edilməsinə gətirib çıxarıb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları atəş açan şəxsi yaxalayıb. Daha üç şəxsin axtarışı isə davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR