Ermənilərin Moskvada ianə toplamaq niyyəti baş tutmayıb

Ermənilərin Moskvada ianə toplamaq niyyəti baş tutmayıb
# 10 dekabr 2014 16:22 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. “Ayastan” Ümumerməni Fondu tərəfindən hər ilin sonunda Moskvada təşkil olunan ianə toplama aksiyası bu il baş tutmayacaq.

APA-nın “Kavkaz Online” saytına istinadən verdiyi məlumata görə, fond bunun səbəbini “Rusiyada yaranmış məlum vəziyyətlə” izah edib.

“Aykakan Jamanak” qəzetinin yazdığına görə, Ermənistana və separatçı Dağlıq Qarabağ separatçı rejiminə maliyyə yardımı dəstəyi göstərmək və ianə toplamaq üçün təşkil olunan aksiyanın təxirə salınması son bir neçə il ərzində ilk hadisədir: “Düzdür, ötən il də buna bənzər aksiya keçirilməmişdi, amma Ümumerməni Kafedral Kilsəsinin açılışı (17 sentyabr) zamanı Serj Sarkisyan və erməni əsilli iş adamlarının razılaşmasına görə “Ayastan” Rusiya Federasiyası Ümumerməni Fonunun hesabına 12 milyon 350 min dollar keçirilmişdi”, - deyə qəzet yazır.

Xatırladaq ki, bu yaxınlarda Los-Ancelesdə, Avropa şəhərlərində keçirilmiş telemarafon və digər analoji kampaniyalar nəticəsində erməni təşkilatları 12,4 milyon dollardan çox ianə toplayıb. ötən cümə axşamı Livanda keçirilən “radioton” formatlı kampaniyada isə erməni diasporu 77 min ABŞ dolları ianə toplaya bilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR