Bu ilin 9 ayı ərzində 33,3 mindən çox ipoteka müqaviləsi qeydə alınıb

Bu ilin 9 ayı ərzində 33,3 mindən çox ipoteka müqaviləsi qeydə alınıb
# 29 oktyabr 2014 14:06 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin 9 ayında 150 950-dən çox daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Bunlardan 42 300-ə yaxın ilkin qeydiyyat, 108 650-dən çox təkrar qeydiyyat olub.

Əmlak Məsələləri Dövlət Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə komitənin 2014-cü ilin yanvar-sentyabr aylarında görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirədə bildirilib.

Müşavirədə qeyd olunub ki, hesabat dövründə hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 116 000-dən çox yüklülük (məhdudiyyət) arayışı (69 minə yaxın onlayn üsulla), əhaliyə xidmətlə bağlı 14 550-dən çox digər müxtəlif məzmunlu arayışlar verilib.

2014-cü ilin 9 ayı ərzində 33 300-dən çox ipoteka müqaviləsi qeydə alınıb. 130 200-dən çox daşınmaz əmlaka dair texniki inventarlaşdırılma və çöl-ölçmə işləri aparılıb və texniki sənədlər tərtib edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR