Con Kerri: “İŞİD-ə qarşı mübarizədə məqsədə çatmaq üçün illər tələb olunacaq”

Con Kerri: “İŞİD-ə qarşı mübarizədə məqsədə çatmaq üçün illər tələb olunacaq”
# 03 dekabr 2014 14:55 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. “İŞİD-ə qarşı qlobal mübarizədə tam məqsədə çatmaq üçün illər tələb olunacaq. Lakin xalqlar bu qanlı qiyama qarşı mübarizəyə hazırdır”.

APA-nın “Associated Press”ə istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Con Kerri Brüsseldə “İslam dövləti" terror təşkilatına qarşı beynəlxalq koalisiyanın nazirlər səviyyəsində keçirilən görüşündə deyib.


”Biz çətin bir missiya həyata keçiririk. Güman ki, bizim bu öhdəliyimiz uzun zaman tələb edəcək. Lakin artıq cəhdlərimiz öz nəticəsini verir. Biz qələbəyədək mübarizə aparacağıq”, - deyə o vurğulayıb.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini isə ölkələr arasında əməkdaşlığın güclənməsinin və birgə mübarizənin vacibliyini vurğulayıb.

“Üzləşdiyimiz problem tək Yaxın Şərqin problemi deyil. Bu bütün dünya üçün təhlükədir”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR